Əsas Səhifə > Şou-biznes > Aygünün “Duy” adlı mahnısının ekran işi maraqla qarşılanıb

Aygünün “Duy” adlı mahnısının ekran işi maraqla qarşılanıb


22-02-2019, 08:33
Aygünün “Duy” adlı mahnısının ekran işi maraqla qarşılanıb
DİA.AZ: - Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımovanın çoxdandır gözlənilən klipi Türkiyənin ən məşhur simalarının kliplərinin yayımlandığı "Netd"də nümayiş etdirilib.

DİA.AZ xəbər verir ki, sənətçinin dünyaca məşhur DJ Vendetta ilə birlikdə ərsəyə gətirdiyi “Duy” adlı mahnısının ekran işi maraqla qarşılanıb.

Artıq 6 ildir ki, fəaliyyət göstərən Netd tv-də Tarkan, Hande Yener, Ajda Pekkan, Gülşən və bir çox türk ulduzlarının klipləri yayımlanır.

Qeyd edək ki, ekran işinin rejissoru Fuad Əlişovdur.




Geri qayıt