Əsas Səhifə > Şou-biznes > Sevilin axtardığı “M” tapıldı

Sevilin axtardığı “M” tapıldı


19-02-2019, 08:40
Sevilin axtardığı “M” tapıldı
DİA.AZ: - Müğənni Sevil Niyamın ötən həftə mediada “Mən axtardığımı tapdım” başlığı altında yayımlanan fotoları hər kəsin diqqətini çəkib.

DİA.AZ-ın məlumatına görə, müğənni bu fotosessiyanın və sloqanın onun yeni layihəsi olduğunu bildirib.

S.Niyamın haqqında sadəcə “M” hərfinin axtarışına çıxmışam” dediyi layihənin sirri açılıb. Sən demə, müğənni yenicə fəaliyyətə başlayan geyim mağazasının siması olub. Fotolar və “Mən axtardığımı tapdım” cümləsi də həmin reklam kampaniyasına aiddir.

Geri qayıt