Əsas Səhifə > Şou-biznes > Aygünün konsertində nələr olacaq?

Aygünün konsertində nələr olacaq?


13-02-2019, 08:29
Aygünün konsertində nələr olacaq?
DİA.AZ: - Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova "SS Production"un təşkilatçılığı ilə martın 1-də paytaxtın "Chicago Club"unda "Aygün bir gün" adlı konsert proqramı ilə çıxış edəcək.

DİA.AZ-ın məlumatına görə, çoxlarının səbirsizliklə gözlədiyi gecəndə çox gözəl sürprizlər olacaq. Odur ki, bütün Aygün sevənlərə tələsməyi məsləhət görürük. Çünki Aygün Kazımova ilə "Chicago Club"unda baş tutacaq konsert onların günü olacaq.

Qeyd edilir ki, gecənin biletləri isə "Paris Bisto" və "Maya" restoranlarında 30-150 manat arası dəyişir. 150 manatlıq bilet VİP zona üçün nəzərdə tutulub. VİP bilet sahiblərinə özəl xidmət göstəriləcək.

Geri qayıt