Əsas Səhifə > Şou-biznes > Nicat Fərəcov məşhur brendin siması olacaq

Nicat Fərəcov məşhur brendin siması olacaq


8-02-2019, 09:20
Nicat Fərəcov məşhur brendin siması olacaq
DİA.AZ: - Yığma komandanın oyunçusu, taekvondoçu Nicat Fərəcov Sinqapurda iş təklifi alıb.

Bu barədə DİA.AZ-a açıqlama verən idmançı bildirib ki, orada məşhur kosmetik brendin sahibləri tərəfindən iş təklifi aldığını bildirib:

“Sinqapurdan heç tanımadığım insanlardan təklif aldım. Bir fotosessiyamı görüb, məni ərəb oğlanlarına bənzədiblər. İnstaqramda mənə yazdılar, məlumat aldılar. Təklif etdilər ki, sizinlə fotosessiya etmək istəyirik”.

Nicat Fərəcov tezliklə danışıqlar aparmaq üçün ora yollanacağını bildirib.

Geri qayıt