Əsas Səhifə > Şou-biznes > Sevil Niyam iddialı gəlir...

Sevil Niyam iddialı gəlir...


5-02-2019, 08:44
Sevil Niyam iddialı gəlir...
DİA.AZ: - Maqazin jurnalisti və PR meneceri Elton Hacıyevlə işbirliyinə imza atan müğənni Sevil Niyam iddialı gəlir.

Müğənni yeni fotosessiyasını eksklüziv olaraq, DİA.AZ-a təqdim etdi. Qapalı geyimdə kamera önünə keçən xanım ifaçı, açıq-saçıq geyimlərdə fotosessiya etdirib bununla gündəmə gəlmək istəmir. Yeni fotosessiya etdirən Sevil, bundan sonra da yaradacılığını sürətlə davam etdirəcəyini anonsunu verib:

“Səsimə və istedadıma çox güvənirəm. Sənətlə məşğulam. Bu sənətdə özümü tapmışam. Öz üzərimdə çalışıram ki, yeni işlərimlə gündəmə gəlim. İnanıram ki, oxucularınızdan yaradıcılığımla bağlı müsbət qiymət alacağam. Qarşıma məqsəd qoymuşam ki, 2019-cu ildə biri-birinin ardınca repertuarıma yeni mahnılar daxil edim. Bu sənətdə qətiyyən fasilə vermək olmaz”.

Qeyd edək ki, çəkilişlərdə müğənninin imici üzərində stilist Alyona çalışıb.

Sevil Niyam iddialı gəlir...
Sevil Niyam iddialı gəlir...
Sevil Niyam iddialı gəlir...


Geri qayıt