Əsas Səhifə > Şou-biznes > Yeni klipi ilə Türkiyədə

Yeni klipi ilə Türkiyədə


1-02-2019, 17:25
Yeni klipi ilə Türkiyədə
DİA.AZ: - Azərbaycanlı vokalist, beynəlxalq müsabiqələrin laureatı, prezident mükafatçısı Emin Eminzadənin "Treasure Me" ("Qədrimi bil") mahnısının klipini meşhur türk musiqi platformasında Netd müzik təqdim edib.

DİA.AZ xəbər verir ki, Emin Eminzadə açıqlamasında deyib ki, bu mahnı tək sevgililərin hisləri haqqında deyil, eyni zamanda rəqs etmək üçün əla ritmləri olan musiqidir. Mahnının musiqisi və sözləri gənc müğənninin özünə məxsusdur. Klipin rejissoru isə Habil Quliyevdir, operatoru isə Fransada təhsil alan və hal –hazırda orada işləyən Orxan Abbasovdur. Klipdə məşhur model Diana Katova yer alıb”. Klipde Eminzade virtual sevgiden bexs edir.

Xatırladaq ki, Emin Eminzadə Qazaxıstanda keçirilən “Qızıl mikrofon” müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunana Opus müsabiqələrində iştirak edib. O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və təhsil alıb. Hal-hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir.





Geri qayıt