Əsas Səhifə > Şou-biznes > Seyran “Sarı gəlin”i oxudu

Seyran “Sarı gəlin”i oxudu


1-02-2019, 16:36
Seyran “Sarı gəlin”i oxudu
DİA.AZ: - Almaniyada yaşayan həmyerlimiz müğənni Seyran İsmayılxanov yeni albomu ilə pərəstişkarlarını sevindirib.

DİA.AZ-ın məlumatına görə, «Spirit of Caucasus» (Qafqazın ruhu) adlı yeni albomda Azərbaycan xalq mahnısı “Sarı gəlin”in sinql şəkildə yer alıb. Mahnı Azərbaycan dilində səsləndirilib. Müğənni xalq mahnısına klip də çəkdirib. Klip sosial şəbəkədə ötən gün yayılıb.

Qeyd edək ki, “Sarı gəlin” üçün klip çəkilişləri Ukraynada və Almaniyada həyata keçib. Klipin ideyası Seyranın özünə aiddir və rejissoru Ukraynada tanınmış simalardan olan Dmitriy Muxina aiddir. “Sarı gəlin” artıq Avropanın bir çox radiolarında səsləndirilir.

https://www.youtube.com/watch?v=DJmlMqrj5zg&fbclid=IwAR0wt5ujieLDkkFFURoXJIPOzIuYzbbSmzlRw6e_NKl0VikeREjfM6MKarI

Geri qayıt