Əsas Səhifə > Şou-biznes > Leyli üçün özəl gün

Leyli üçün özəl gün


30-01-2019, 09:54
Leyli üçün özəl gün
DİA.AZ: - Bu gün tanınmış nəğməkar şairə, dilimizdə əzbər olan bir çox mahnıların söz müəllifi Leyli Erolun doğum günüdür.

DİA.AZ xəbər verir ki, Leyli illərdi məşhur müğənnilərə yazdığı sözləri ilə tanınıb. Şeirlərində insanların hislərini düzgün və gözəl ifadə edən şairə, xalq artisti Aygün Kazımova, əməkdar artist Röya Ayxan, müğənnilər Sevda Yəhyayeva, Günay İbrahimli, Ceyla, Səidə Sultan və digər sənətçilərə verdiyi mahnılarla yetərincə səs gətirməyi bacarıb.

Tanınmış söz yazarı “Səni belə sevmədilər”, “Doldur ürəyimi”, “Təsadüf”, “Ağlım başıma gəldi”, “O zaman”, “Sil getsin”, “Gedə-gedə” və başqa hitlərin müəllifidir.

Qeyd edək ki, şairə bir neçə il öncə türk bəstəçi Hakan Erolla ailə həyatı qurub. O hal-hazırda Türkiyədə yaşayır.

Geri qayıt