Əsas Səhifə > Şou-biznes > "Allah mənim xoşbəxtliyimi ona yazsın"

"Allah mənim xoşbəxtliyimi ona yazsın"


30-01-2019, 09:40
"Allah mənim xoşbəxtliyimi ona yazsın"
DİA.AZ: - Müğənni Mətanət Əsədova şəxsi həyatı ilə bağlı bir müddət əvvəl dediyi sözlərin yalan olduğunu bildirib.
DİA.AZ-ın məlumatına görə, ifaçı ikinci dəfə ərə getməyə hazırlaşmadığını deyib: "O gərək Mətanət xasiyyəti ola ki, deyəm. Hamısı yalandır, boşdur. Deyirəm ki, qarşıma çıxan tez çürüyən çin saqqızıdır. Olmayacaq... Mən bir kərə sevildim, o da getdi. Kaş həyatıma yazılardı, onu özüm itirdim. Həmin insanın başqa bir işi var. Evləndi... Allah mənim xoşbəxtliyimi ona yazsın. Çünki 4-5 il mənə xoşbəxtlik yaşatdı. Mən özümü əsl xoşbəxt qadın kimi hiss etdim".

Əsədova daha sonra xoşbəxt olmadığını etiraf edib: "Bir geyinəndə, bir də efirə çıxıb mahnı oxuyanda xoşbəxt oluram. Əslində isə çox bədbəxt insanam. Mən səhnədə öləcəm. Ya ürəyim partlayacaq, ya da oxuyanda öləcəm. Bir gün özümə vaxt ayırmadım, istirahətə getmədim. İllərlə tək həyat yaçşamışam. Özümü yaşamamışam, onları yaşadım.

Qeyd edək ki, Mətanət verilişlərin birində həyatında yeni sevgi olduğunu və ərə getməyə hazırlaşdığını açıqlamışdı. Aparıcı Zaur Kamal isə ona yalan danışdığını desə də, ifaçı etiraz etmiş, həqiqət olduğunu demişdi.

Geri qayıt