Əsas Səhifə > Şou-biznes > “Best model of Azerbaijan“ qalmaqalla yadda qaldı

“Best model of Azerbaijan“ qalmaqalla yadda qaldı


30-11-2018, 09:29
“Best model of Azerbaijan“ qalmaqalla yadda qaldı
DİA.AZ: - Bir çoxlarının əvvəlcədən proqnozlaşdırdığı kimi, bu il də keçirilən “Best model of Azerbaijan-2018“ müsabiqəsi qalmaqalsız ötüşmədi. Tanınmış təşkilatçı Aqil Məmiyevin prezidentliyi ilə düzənlənən mərasimdə müsabiqənin nəticələri elan olunar-olunmaz bir çoxları narazılığını bildirərək mərasimi tərk edib.

DİA.AZ xəbər verir ki, instagramda etdiyi paylaşımla bir gecənin içində məşhurlaşan müğənni Gülruh birinciliyin satıldığını bildirib. Ötən gün “Best Model of Azerbaijan” yarışmasının final gecəsindəki iyrəncliklərə dözə bilməyən instgramın fenomeni açdı ağzını, yumdu gözünü:

" Bir daha sübüt olundu ki, "Best model of Azerbaijan" yarışmasında haqq ədalət yoxdur. Var rüşvətxorluğ, sabunsuz yaltağlar. Bunu sübutumda var. Keçək əsas məsələyə. Saat 7-də başlayacaq yarışma əgər onun adı yarışmadısa, başladı 21:30-da bitdi gecə 3-də. 1,50 boyla seçilən iştirakçılar, it zəncirinnən buraxılmış və heç bir səhnə hərəkətlərinə öyrətmək qabliyyətinə malik olmayan mədəniyyətdən uzaq müəllim adına ləkə gətirən “pipiy” baş xarioqraf, iştirakçıların öz evinnən gətirilən və səhnədə nümayiş edən ayın baş.

Naftalan iyisini verən moda nümayişi, onları heç nənəmdə geyinməzdi. “Şirin su” naminasiyasını düşünüb və bununla bir daha düşüncənin zəif olduğlarını nümayiş edən, bizdən 1050 manat alıb haramınız olsun, amma səhlən karlığı biz tərəfdən aşkar olunan məqamda pulumuzu geri alıb yarışmanı tərk etmək istədikdə... Az qala ağlayıb pulumuzu geri verməsinlər diyə dil tökən “təşkilatçılar” və bir çox məqamlar. Siz heçnəyə qadir deyilsiz. Sizin yeriniz bazardı, çünki ancaq al-ver eləməyi bacarırsız. Oki qaldı qaliblərə, xalqın gözü tərəzidi. Hərkəs görüb öz fikirini söyləyib”.

Qeyd edək ki, qaliblərin elan olunmasından sonra isə 2-ci yerə layiq görülən model Nuru Əhmədovla təşkilatçı Aqil Məmiyev arasında qalmaqal yaşanıb.

Geri qayıt