Əsas Səhifə > Şou-biznes > Cəmil mükafatdan niyə imtina etdi?

Cəmil mükafatdan niyə imtina etdi?


29-11-2018, 08:12
Cəmil mükafatdan niyə imtina etdi?
DİA.AZ: - Bu səs-küyə səbəb olacaq açıqlama haqda hələ çox danışılacaq.

Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni Cəmil hər il ənənəvi olaraq şou dünyasının “ən yaxşı”larına mükafatlarının verilməsi ilə bağlı iddialı açıqlama verib.

DİA.AZ-a açıqlama verən ifaçı deyib ki, pulla alınıb- satılan mükafatı istəməməsini söyləyib:

"Meydanda baş verənləri izləməyə üstünlük versəm də bu dəfə dözmədim, sükutu pozdum. Düzdür, Azərbaycanda təşkil olunan mükafatlandırma mərasimlərində “MTV awards”, “Grammy awards”dakı kimi qırmızı xalçalara, dəbdəbəli geyimlərə, möhtəşəm təqdimatlara rast gəlmək qeyri-mümkündür. Bütün bunlara baxmayaraq, son dövrlər sosial şəbəkənin əsas gündəmini yerli mükafatların təqdimatları zəbt edib.

“Ən yaxşı” adını qazanmağa çalışan məşhurlar pulla satılan titullara, müəyyən məbləğə təqdim edilən diplomlara daha çox meyillənməyə başlayıblar. Əksər dırnaqarası müğənni, model, aktrisa-aktyorlar yaradıcılığında heç bir iş görməyənlər dələduzlara müraciət edərək saxta ad almaqdan belə çəkinmirlər. Mən sadəcə, özümə ayıb bilərəm ki, onlarla eyni mükafatı paylaşım?"

Geri qayıt