Əsas Səhifə > Şou-biznes > Cəmil efirlərdən niyə uzaq düşüb?

Cəmil efirlərdən niyə uzaq düşüb?


26-11-2018, 08:30
Cəmil efirlərdən niyə uzaq düşüb?
DİA.AZ: - İstedadı sərhədləri aşan, azərbaycanlı müğənni Cəmil DİA.AZ-ın "Tet -A-Tet" rubrikasının qonağıdır.

Gənc ifaçı bir neçə sualımızı cavablandırıb. O, söhbət zamanı yaradıcılıq, xarici əsərlər və Azərbaycan telekanallarından söz açıb.

Cəmil, uzun müddətdir efirdən uzaq düşməyinin səbəbini açıqlayıb: "Mən, əslində, tam uzaq qalmışam deməzdim. Sadəcə, bəzi yerli telekanallar ödəniş istəyir. Məsələn, bir telekanal məndən 2000 AZN ödəniş istəyir. Amma mənim maddi vəziyyətim buna əl vermir. Baxmayaraq ki, mənim səsim o efirlərə çıxan digər ifaçılardan yaxşıdı. Bu səbəbdən də efirlərdən uzaq düşüb".

Cəmil həmçinin yaradıcılığında baş verəcək dünya səviyyəli layihəsini tamaşaçıların ixtiyarına verəcək.

Qeyd edək ki, Cəmil “Azərbaycanın səsi” və “X faktor” yarışmalarının iştirakçısıdır.

Geri qayıt