Əsas Səhifə > Şou-biznes > Röya yeni klip təqdimatına hazırlaşır

Röya yeni klip təqdimatına hazırlaşır


15-11-2018, 08:03
Röya yeni klip təqdimatına hazırlaşır
DİA.AZ: - Əməkdar artist Röya Ayxandan pərəstişkarlarına müjdəli xəbər var.

DİA.AZ xəbər verir ki, sənətçi yeni klip üzərində çalışır. "Problemdir Sevgimiz" adlanan mahnıya çəkilən klipin rejissorluğunu məşhur gürcü rejissoru Zaza Orashvili üzərinə götürüb. Klipın çəkilişləri Bakının Mərkəzi İncəsənət Muzeyində baş tutub. Röya tezliklə klipi təqdim edəcəyini deyib.

Qeyd edək ki, Z.Orashvili ilə əməkdar artistin ilk işbirliyidir. Belə ki, xalq artisti Zülfiyyə Xanbabayevanın "Gözümün Qarası", əməkdar artisti Sevda Ələkbərzadənin "Mən Səni Gözlədim" və müğənni Nura Surinin "Briliantalar" mahnılarına çəkilən kliplərin rejissoru Zaza Orashvilidir.

Geri qayıt