Əsas Səhifə > Şou-biznes > Aygün "DUY" konsertinə hazırlaşır

Aygün "DUY" konsertinə hazırlaşır


13-11-2018, 08:21
Aygün "DUY" konsertinə hazırlaşır
DİA.AZ: - O, bu dəfə "Elektra Events Hall"un səhnəsindən çıxış edəcək.

Azərbaycanın xalq artisti, pop diva və super ulduzu Aygün Kazımova yeni solo konsert proqramı ilə sevənlərin qarşısına çıxacaq.

DİA.AZ xəbər verir ki, performansları və ekskruzivləri ilə dolu olan Aygün Kazımova son ayın ilk günü 1 dekabr saat 20:00-da “Elektra Events Hall” –da “DUY” adlı möhtəşəm konserti baş tutacaq. Həmçinin bu konsertdə dünya şöhrətli Dj David Vendetta və gürcüstanın məşhur diceyi, musiqiçisi, prodüseri və ictimai xadimi Kahaberi iştirak edəcək.

Konsertdə Aygün Kazımova yeni albomundakı mahnıları təqdim edəcək. Əgər siz də bu gecənin bir parçası olmaq, milli və müasir musiqinin həzzini birlikdə çıxarmaq istəyirsinizə, tələsin!

Geri qayıt