Əsas Səhifə > Şou-biznes > Aygün Rəhimin verdiyi tituldan imtina edib

Aygün Rəhimin verdiyi tituldan imtina edib


12-11-2018, 09:18
Aygün Rəhimin verdiyi tituldan imtina edib
DİA.AZ: - Xalq artisti Aygün Kazımova həmkarı Rəhim Rəhimlinin ona verdiyi "Primadonna" tituldan bəhs edib.

DİA.AZ-ın məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan “Atv maqazin 10larla” verlişinə verdiyi müsahibə zamanı həmin tituldan imtina etdiyini bildirib:

“Mən o titulu qəbul etmirəm. Çünki bizim bir "primadonna" var və o artıq tarixdədir. Allah İlhamə xanımı qəni - qəni rəhmət eləsin”.

Qeyd edək ki, Rəhim Rəhimli "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasına qonaq olub. O, rubrikanın aparıcısı Ruslan Ağayevlə "İçərişəhər" metrostansiyasının ətrafında, şəhərin mərkəzində gəzib və sualları cavablandırıb. Rəhimli "Primadonna sırasında kimi görmək istəyirsən?" sualına belə cavab verib: "Mənə görə Aygün Kazımova".

Geri qayıt