Əsas Səhifə > Şou-biznes > Röya və Cəmilin təkrarlanan eyni həyatı

Röya və Cəmilin təkrarlanan eyni həyatı


12-11-2018, 09:04
Röya və Cəmilin təkrarlanan eyni həyatı
DİA.AZ: - Son zamanlar medianın gündəmindən düşməyən güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni Cəmil yeni mahnısı ilə sosial şəbəkədə gündəmə gəlib.

DİA.AZ xəbər verir ki, buna isə onun artıq ifa edilmiş mahnıya müraciət etməsi səbəb olub. Belə ki, ifaçı musiqisi Hacı Nazim, sözləri isə Altay Yaşara aid olan "Dostumsan yoxsa Sevgilim?" mahnısını ikinci dəfə oxuyub. Bildirək ki, ilk dəfə əməkdar artist Röya Ayxan tərəfindən ifa olunub. Röyanın ifası uğurlu alınıb və yetərincə dinləyici kütləsi toplayıb.
Cəmilin mahnını ifa etməsinə səbəb onun yeni versiyasını çox bəyənməsidir.
Bəstə Cəmilin rəsmi "Youtube" kanalında təqdim olunub. "Cover" fotonunun müəllifi isə fotoqraf Fərid Həsənovdur.




Geri qayıt