Əsas Səhifə > Şou-biznes > “2018 ilin Favoriti” mükafatının sahibləri kimlər olacaq?

“2018 ilin Favoriti” mükafatının sahibləri kimlər olacaq?


7-11-2018, 10:36
“2018 ilin Favoriti” mükafatının sahibləri kimlər olacaq?
DİA.AZ: - “İlin Favoriti mükafatını sahiblərinə təqdim etmək üçün sorğulara başlanılıb.

DİA.AZ xəbər verir ki, tədbirin təşkilatçısı olan Şou Prodakşndan verilən xəbərə görə, sorğular sosial şəbəkələrdə və e-poçt ünvanı vasitəsi ilə virtual formada həyata keçiriləcək. Mükafata layiq görülən namizədlər haqqında geniş informasiyalar KİV vasitəsi ilə oxuculara təqdim olunacaq. Mükafatın bu ilin dekabr ayının 7-də öz sahiblərinə təqdim olunması nəzərdə tutulub. Məqsəd 2018-ci ildə yeni-yeni layihələrlə öz pərəstişkarlarını sevindirənləri, hit mahnıların müəlliflərini, istedadı ilə digər həmkarlarından fərqlənən aparıcıları və s. digər həmkarlarından fərqləndirməkdir. Mükafat şou-biznes nümayəndələrinə, Şou -Bizneslə əlaqəli olan və əməkdaşlıq edən butün sahələrə, TV və radionun maqazin verilişlərinə, verilişlərin aparıcılarına, klipmeykerlərə, prodüserlərə, qəzet və internet portallarına və onların yazarlarına, model ve modelyerlərə, rəqqas və rəqqasələrə təqdim olunması nəzərdə tutulub.

Geri qayıt