Əsas Səhifə > Şou-biznes > Cəmil yarışmada Rihanna ilə birlikdə olacaq?

Cəmil yarışmada Rihanna ilə birlikdə olacaq?


1-11-2018, 15:16
Cəmil yarışmada Rihanna ilə birlikdə olacaq?
DİA.AZ: - Səsi ilə Ukraynanı heyrətləndirən azərbaycanlı müğənni Cəmil onun haqqında yayılan söz-söhbətlərə aydınlıq gətirib.

DİA.AZ-ın məlumatına görə, ifaçı açıqlamasında deyib ki, Rihanna, Cennifer Lopez və digər dünya ulduzlarla “İnternational Golden Panther Awards 2019”da çıxış etməklə bağlı heç nə bilmir.

"Bilmirəm ki, bu şayiələr hardan çıxıb. Mən belə söz deməmişəm. Son zamanlar bu yarışmada iştirak etmək barəsində ondan - bundan eşidirəm. Hətta mətbuat da bundan yazır. Demək istəyirəm ki, bu doğru deyil. Təəssüf ki, onlarla bir səhnədə çıxış etməyəcəm, lakin çox istərdim bu mükafatlandırma mərasimində istirak edim", - o qeyd edib.

Geri qayıt