Əsas Səhifə > Şou-biznes > Natavan Həbibinin "su pərisi" rekord vurur

Natavan Həbibinin "su pərisi" rekord vurur


29-10-2018, 08:38
Natavan Həbibinin "su pərisi" rekord vurur
DİA.AZ: - Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibinin ifa etdiyi “Qısqana - qısqana” adlı yeni mahnısına çəkilən klipi rekord qırmağa davam edir.

DİA.AZ xəbər verir ki, ifaçının ifa etdiyi əsər “Youtube” portalında Azərbaycan üzrə ən çox baxılan videolar siyahısındadır.
Sözləri Orxan Mürvətliyə, musiqisi isə Fərid Kərimliyə məxsus olan “qısqana - qısqana” ifaçının rəsmi səhifəsində 1 milyon artıq insan izləyib.
1 həftəyə əldə olunan bu nəticə Natavanın yaradıcılığında yenidən bir rekord kimi hesab etmək olar.

Qeyd edək ki, “Su pərisi”ni canlandıran müğənni nakam sevgidən bəhs edən ekran əsəri “25 Film Group” tərəfindən çəkilib. “Qısqana - qısqana” adlanan mahnının aranjimanı Xalis Xana məxsusdur. Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə onu müşayət edib.




Geri qayıt