Əsas Səhifə > Şou-biznes > “Ad günümü heç vaxt qeyd etmirəm”

“Ad günümü heç vaxt qeyd etmirəm”


18-10-2018, 08:23
“Ad günümü heç vaxt qeyd etmirəm”
DİA.AZ: - Bu gün Türkiyədə yaşayan azərbaycanlı model, aktrisa Günel Ağayevanın ad günüdür.

Təəssüratlarını DİA.AZ saytı ilə bölüşən Günel deyib ki, heç vaxt doğum gününü qeyd etmir.

O, bunu önəmsiz bir hal adlandırıb:

“Bu günə kimi heç vaxt ad günü keçirməmişəm. Bunu xoşlamıram. Bircə gün olan şeydir, onu təmtəraqlı şəkildə qeyd etməyin nə mənası var ki? Ən əsası odur ki, məni sevənlərdən təbriklər alıram. Gecədən bu yana bütün tanıdıqlarım zəng vurub, xoş sözlər deyirlər”.

Günel yaxın günlərdə maraqlı layihə ilə qayıdacağını da bildirib.

Geri qayıt