Əsas Səhifə > Şou-biznes > Türkan Heydərova “Ədalətin bumu”ya təqdimat etdi

Türkan Heydərova “Ədalətin bumu”ya təqdimat etdi


11-10-2018, 14:55
Türkan Heydərova “Ədalətin bumu”ya  təqdimat etdi
DİA.AZ: - “Lider maqazin” verilişinin aparıcısı Türkan Heydərova müğənni kimi ilk “Ədalətin bumu” adlı mahnıya çəkdirdiyi klipinə təqdimat keçirib.

DİA.AZ-ın məlumatına görə, ekran işi ifaçının dostları “Cm group production” tərəfindən ona hədiyyə edilib. Bəstənin söz və musiqisi Samir Vidaya, aranjimanı isə Rasim Əsgərova məxsusdur. Bək-vokalda müğənni Vüsal Nəsib ifa edib. Klipin prodüseri Rüstəm İsmayılovdur.

Beynəlxalq Mətbuat Mərkəzində baş tutan mərasimə jurnalistlər və sənət aləminin tanınmış simaları qatılıb. Onlar arasında Əbdül Xalid, Könül Məmmədli, Vüsal Nəsib, Ayaz Babayev, aparıcılar Murad Əzimzadə, Könül Muxtarova, Humay Muxtarova və başqaları yer alıb.

https://www.youtube.com/watch?v=YEtbf2i1fv4

Türkan Heydərova “Ədalətin bumu”ya  təqdimat etdi
Türkan Heydərova “Ədalətin bumu”ya  təqdimat etdi
Türkan Heydərova “Ədalətin bumu”ya  təqdimat etdi
Türkan Heydərova “Ədalətin bumu”ya  təqdimat etdi

Geri qayıt