Əsas Səhifə > Şou-biznes > Röya tarixi binada: "AFAKİ"

Röya tarixi binada: "AFAKİ"


2-10-2018, 14:31
Röya tarixi binada: "AFAKİ"
DİA.AZ: - Azərbaycanın super starı, əməkdar artist Röya Ayxanın İstanbulda çəkdirdiyi "Afaki" mahnısının klipi internet istifadəçiləri üçün təqdim olunub.

DİA.AZ xəbər verir ki, ekran işində əsas qəhrəman obrazını qardaş ölkənin nüfuzlu "POLL Production" şirkəti ilə uğurlu əməkdaşlığını davam etdirən Röyanın özü canlandırıb.

“Afaki” adlanan mahnının sözləri və musiqisi Oğuz Yılmaza, aranjimanı isə Alper Atakana məxsusdur. Ekran işinin rejissoru Orçun Mutludur.

Klipin çəkilişləri 1868-ci ildə inşa edilmiş “Fransız Saint Joseph” yetimxanasında lentə alınıb. 2 günə tamamlanan çəkilişdə 27 nəfər çalışıb.

Röya Ayxan çox əziyyət çəkdiklərini, amma bu əziyyətin hədər getmədiyini bildirib:

“Mahnını qulaq asdığım ilk andan sevdim. Klip də çox gözəl məkanda çəkildi”.






Geri qayıt