Əsas Səhifə > Şou-biznes > “Əgər bir insanın sənəti söz demirsə, qalmaqala əl atacaq...”

“Əgər bir insanın sənəti söz demirsə, qalmaqala əl atacaq...”


28-09-2018, 09:40
“Əgər bir insanın sənəti söz demirsə, qalmaqala əl atacaq...”
DİA.AZ: - "Türkiyəyə səfərə hazırlaşıram. Tezliklə repertuarıma daxil olacaq mahnını işləmək üçün orada bəstəkarla görüşəcəm".

Bu sözləri DİA.AZ-a açıqlamasında güclü səs diapazonu ilə Ukraynanı özünə heyran qoyan müğənni Cəmil deyib.

Cəmil Azərbaycanda dinləyicilərin sevdiyi mahnı üslubundan danışıb:

"Bu harda və hansı mühitdə yaşayan insandan asılıdır. Qürbətdə yaşayan azərbaycanlılar ölkəmizdə istehsal olunan bütün üslubda mahnıları sevə-sevə dinləyirlər. Çünki onlar qəribçilik çəkir, onlara azərbaycanlılara qulaq asmaq xoşdur. Burada isə müxtəlif kateqoriyada dinləyici var. Kimi milli, kimi klassik, kimi caz, kimi də Avropa üslublu pop mahnılarını xoşlayır. Musiqi bazarında reklamı güclü olan müğənninin mahnısı dinlənilir və tanınır".

Gənc ifaçı tezliklə Türkiyə səfəri zamanı fotosessiya çəkdirəcəyini də söyləyib. O, foto işini İstanbulda lentə aldıracağını deyib.

"Digər sənətçilərdən necə fərqlənməyi düşünürsünüz" sualına müğənni belə cavab verib:

"İdeyalarım çoxdur, lakin hər işin arxasında böyük maliyyə dayanır. Mən də o işləri öz büdcəmlə yox, sponsor dəstəyi ilə etmək istəyirəm. Zamanla bu da olacaq. Əgər o arzularım gerçəkləşsə, şou-biznesə yenilik gətirə bilərəm".

Cəmil niyə görə media və tv-dən uzaq qalmısından da söz açıb:

"Mən, əslində, tam uzaq qalmışam deməzdim. Sadəcə, bəzi yerli telekanallar ödəniş istəyir. Bir sözlə, yaradıcı insan həmişə kənardan bir stimul gözləyir".

Gənc ifaçı qalmaqalla gündəmə gəlməyə qarşı olduğunu deyib:

"Vaxt tapdıqca xəbərləri oxumağa, maqazin verilişlərini izləməyə çalışıram. Reytinq xatirinə qalmaqalı tək bizdə yox, bütün dünyada edirlər. Əgər bir insanın sənəti söz demirsə, qalmaqala əl atacaq. Bu yolla diqqət mərkəzində olmaq istəyir. Bu yolun sonu qaranlıqdır. Özünə hörmət edən şəxs qalmaqal yaratmaz".

Geri qayıt