Əsas Səhifə > Şou-biznes > Daha bir məşhur “Xına evi” biznesinə keçdi

Daha bir məşhur “Xına evi” biznesinə keçdi


26-09-2018, 08:47
Daha bir məşhur “Xına evi” biznesinə keçdi
DİA.AZ: - Azərbaycanlı tele - aparıcı Humay Muxtarova xına evi açmağa qərar verib.

DİA.AZ xəbər verir ki, sevilən aparıcı İnstagramda özəl biznesinin adını açıqlayıb. Adət-ənənələrə, milli köklərə bağlı olduğunu bildirən Humay biznes qurarkən də bu məramdan uzaqlaşa bilmədiyini diqqətə çatdırıb.

Belə ki, Humayın özəl biznesi xalqımızın gözəl milli ənənəsi olan xına mərasimi ilə bağlıdır. Bəli, məhərrəm ayından sonra aparıcının "Nur Xına Evi" fəaliyyət göstərəcək. Aparıcı bununla milli adət-ənələrimizin, tariximizin qorunmasında bir az da olsa, payı olduğuna sevindiyini bildirdi.

Qeyd edək ki, H.Muxtarova qurduğu biznesə qızının adına “Nur xına evi” adını verib.

Daha bir məşhur “Xına evi” biznesinə keçdi

Geri qayıt