Əsas Səhifə > Şou-biznes > Aygün və Devid Vendettadan tezliklə klip

Aygün və Devid Vendettadan tezliklə klip


24-09-2018, 08:51
Aygün və Devid Vendettadan tezliklə  klip
DİA.AZ: - Dəfələrlə ilklərə imza atan və bu yolda dayanmadan çalışan Aygün Kazımova yeni klip çəkdirəcək.

DİA.AZ xəbər verir ki, “ATV maqazin onlarla”ya danışan pop diva "DUY" adlı yeni albomu ilə eyni adı daşıyan mahnısına çəkdirəcəyi klipin daha peşəkar alınması üçün xarici ölkənin klipmeykerləri ilə işbirliyi qurub.

Tezliklə çəkilişləri başlayacaq klipi Fransadan gələn peşəkar heyət çəkəcək.

Qeyd edək ki, bu klipdə Aygün Kazımovanın tərəf müqabilinin dünya şöhrətli Dj David Vendetta olduğunu bildirilir.




Geri qayıt