Əsas Səhifə > Şou-biznes > Çelik və Berkayın rejissoru azərbaycanlı müğənniyə klip çəkdi

Çelik və Berkayın rejissoru azərbaycanlı müğənniyə klip çəkdi


17-09-2018, 09:08
Çelik və Berkayın rejissoru azərbaycanlı müğənniyə klip çəkdi
DİA.AZ: - Daha bir azərbaycanlı müğənni Türkiyə şou-biznesinə qatılmaq üçün ilk addımını atıb.

DİA.AZ xəbər verir ki, söhbət müğənni Nairadan gedir. Türkiyənin tanınmış pordakşını ilə əməkdaşlığa başlayıb gənc müğənni “Risk” adlı mahnısına ekran həyatı verib. Belə ki, Nairanın “Risk” adlı klipi Türkiyənin məşhur “NetD” musiqi platformasında yayımlanıb.

Mahnının müəllifləri bəstəkar Pərviz Maxmudov və türkiyəli şairə Ayşe Birgül Yılmazdır. Aranjimanı Rəşad Bağırova məxsusdur. Rejissor Onur Aldoğan mahnıya ekran həyatı verib.

Qeyd edək ki, O.Aldoğan Çelik, Berkay, Ayşe Saran, Pınar Altınok və bir çox tanınmış müğənnilərin kliplərinin rejissorudur.




Geri qayıt