Əsas Səhifə > Şou-biznes > “DUY” iTunesdə birinci oldu

“DUY” iTunesdə birinci oldu


10-09-2018, 09:47
“DUY” iTunesdə birinci oldu
DİA.AZ: - Xalq artisti Aygün Kazımovanın yeni "DUY" adlı layihəsi haqqında: "SS Production" tərəfindən hazırlanan albomun musiqi prodüsseri məşhur gürcü musiqiçisi Kakhaberidir.

DİA.AZ-ın məlumatına görə, “Duy” adlanan EP albom Azərbaycan musiqisində növbəti yenilikdir. Dünyaca məşhur DJ Vendetta tərəfindən hazırlanan “DUY” adlı mahnının musiqisi dinləyicini eşidən andan özünə valeh edir. Bu dəfə, Azərbaycan şou biznesinin yaradıcısı hesab olunan Aygün Kazımova milli musiqi ilə müasir musiqinin sintezini təqdim edir. Aygün dinləyiciləri yarım saat ərzində musiqinin ahəngini duymağa dəvət edir. Bravo studiyasında həyata keçirilib.
Bütünlüklə beynəlxalq komanda tərəfindən ərsəyə gətirilən bu sənət nümunəsi keyfiyyəti ilə seçilir. Albom "Azerbaijan iTunes Top 100 Albums" Hit Paradında dinləmə və yüklənmə sayına görə ilk pilləyə yüksəlib. Beləliklə, sənətçi onunla eyni kateqoriyada olan Tarkan, Valeriy Leontiev, Ceniffer Lopez, Şakira, Taylor Svift, Adele, Emin, Sia və Cstin Biber kimi məşhur müğənniləri geridə qoyub.

“DUY” iTunesdə birinci oldu

Geri qayıt