Əsas Səhifə > Şou-biznes > Rüfət İsmayılın yeni kolleksiyası Nyu-Yorkda "Moda Həftəsi"ndə

Rüfət İsmayılın yeni kolleksiyası Nyu-Yorkda "Moda Həftəsi"ndə

10-09-2018, 09:00
Rüfət İsmayılın yeni kolleksiyası Nyu-Yorkda "Moda Həftəsi"ndə
DİA.AZ: - Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York Moda Həftəsi çərçivəsində “Power of Fire” (“Alovun gücü”) adlı yeni kolleksiyasını təqdim edib.

DİA.AZ xəbər verir ki, qeyd olunan moda həftəsi ərzində dünya şöhrətli dizaynerlərin kolleksiyaları “Spring Studio” və Nyu-Yorkun digər moda məkanlarında nümayiş etdirilir. Ralf Loren, Oskar de la Renta, Vivyen Vestvud kimi dizaynerlərin kolleksiyalarının nümayişi də Rüfət İsmayılla bir gündə keçirilib. Rüfət İsmayılın “Afffair” brendinin defilesi rəsmi olaraq Nyu-York Moda Həftəsinin cədvəlinə daxil edilib. Belə hadisə Azərbaycanın moda tarixində ilk dəfə baş verib. R. İsmayılın əsas modeli qismində məşhur azərbaycanlı model Günay Musayeva çıxış edib.

Geri qayıt