Əsas Səhifə > Şou-biznes > Aygün Kazımova dünyaca məşhur dj-ilə iş birliyi qurub

Aygün Kazımova dünyaca məşhur dj-ilə iş birliyi qurub


7-09-2018, 15:38
Aygün Kazımova  dünyaca məşhur dj-ilə iş birliyi qurub
DİA.AZ: - Xalq artisti Aygün Kazımova yeni albomunu təqdim edib.

DİA.AZ xəbərinə görə, ifaçı “Duy” adlı disklə bağlı izləyicilərinə məlumat verib.

O bildirib ki, yeni albom artıq “iTunes”də satışa çıxarılıb. “Duy” adlanan EP albom Azərbaycan musiqisində növbəti yenilikdir. Bu dəfə, Azərbaycan şou biznesinin yaradıcısı hesab olunan Aygün Kazımova milli musiqi ilə müasir musiqinin sintezini təqdim edir. Tar, Kaman, Zurna, Ud kimi musiqi alətlərinin səsi və müğənninin gözlənilməz muğam alboma xüsusi əhval ruhiyyə qatır. Aygün dinləyiciləri yarım saat
ərzində musiqinin ahəngini duymağa dəvət edir.Albomun musiqi prodüsseri məşhur gürcü musiqiçisi Kakhaberi-dir. Səsyazmalar Bravo studiyasında həyata keçirilib. Bütünlüklə beynəlxalq komanda tərəfindən ərsəyə gətirilən bu sənət nümunəsi keyfiyyəti ilə seçilir.

Layihə SS Production tərəfindən reallaşdırılıb.

Aygün Kazımova  dünyaca məşhur dj-ilə iş birliyi qurub
Aygün Kazımova  dünyaca məşhur dj-ilə iş birliyi qurub

Geri qayıt