Əsas Səhifə > Şou-biznes > "Cəmil Azərbaycan estrada musiqisi üçün yeni tapıntıdır..."

"Cəmil Azərbaycan estrada musiqisi üçün yeni tapıntıdır..."


30-08-2018, 09:31
"Cəmil Azərbaycan estrada musiqisi üçün yeni tapıntıdır..."
DİA.AZ: - Səsi ilə Ukraynanı heyrətləndirən azərbaycanlı müğənni Cəmildən yeni xəbər var.

Xarizmatik ulduz istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyevlə iş birliyinə imza atıb.
DİA.AZ-ın məlumatına görə, tərəflər yenicə işləməyə başlasalar da, artıq bəzi böyük layihələr haqda danışıqlar aparıblar.

Cəmil qeyd edir ki, Elton ilə iş birliyi hər kəsin düşündüyündən daha yaxşı olacaq: "Elton ilə tanışlığımız təsadüfən baş verdi. O bəyin iş görmək qabiliyyəti ilə yanaşı, həm də müsbət aurası var. Onun yanında özümü çox rahat hiss edirəm. O, həm peşəkar PR menecer həm də yaxşı insandır. Bizim xasiyyətimizdə hətta kaprizlərimiz eynidir. Ümid varam ki, bu iş birliyi uzun ömürlü və uğurlu olacaq. Ən böyük həzz hər kəsin "bacarmarsan" dediyini bacardığın an bəxş olunur".

Elton da, öz növbəsində, Cəmillə iş birliyinə böyük ümidlər bəslədiyini dilə gətirdi: "Uzun zamandır heç bir ifaçı ilə işləmirdim. Xarizmatik ulduz Cəmil ilə iş birliyindən uğurlar gözləyirəm, inşallah. Çünki o da səhnəni sevən ifaçı və daim yeniliklərə qaçan müğənnilərdəndir. Cəmil Azərbaycan estrada musiqisi üçün yeni tapıntıdır . Ümid varam ki, iş birliyimiz xeyirli olacaq. Yeni və çox maraqlı layihələrimiz var".

Geri qayıt