Əsas Səhifə > Şou-biznes > "Renkanı təkrar edirlər"

"Renkanı təkrar edirlər"


24-08-2018, 08:44
"Renkanı təkrar edirlər"
DİA.AZ: - Bu iddialı açıqlama haqda hələ çox danışılacaq.

Son vaxtlar yaradıcılıq fəaliyyətini aktivləşdirən istedadlı maqazin jurnalisti və PRmeneceri Elton Hacıyev DİA.AZ-a təzə gələn oriyental rəqqasələrin özünü oriyental rəqsin ulduzu Renkaya bənzədib, onun hərəkətlərini təkrarladığını dilə gətirib.

"Başqasının simasıynan özlərini təqdim edirlər, deməli özləri sıfırdırlar. Məhz onun etdiyi bir çox hərəkətlər Azərbaycanda bir müddət sonra demək olar ki, əksər qızların hərəkətinə çevrilir. Renkanı yamsılayaraq inkişaf etmək istəyirlər. O Allahdan gələn bir şeydir, heç biri onun kimi məşhurlaşıb, populyar ola bilməyəcək. Bu mümkün deyil!" - deyə açıqlamalar verib.

Geri qayıt