Əsas Səhifə > Şou-biznes > Aygün Kazımova yeni duet üzərində çalışır

Aygün Kazımova yeni duet üzərində çalışır


21-08-2018, 08:57
Aygün Kazımova yeni duet üzərində çalışır
DİA.AZ: - Səhnəmizin divası, Xalq Artisti Aygün Kazımova pərəstişkarlarını sevindirməkdə davam edir.

DİA.AZ xəbər verir ki, bir müddət əvvəl Rauf Əhmədovla “Yaraşdın mənə” klipini təqdim edən ilklər kraliçası xarizmatik həmkarı ilə ikinci layihə üzərində çalışdığını deyib:

“Yenidən Raufla klip üzərində çalışırıq. Bununla yanaşı solo və duet layihələrim də var. Mən axı demişdim, bununla bitmir, davam edirik. Bizim birinci addımımız idi, neçə illərdir səhnədəyik ancaq hər dəfə yeni iş görəndə yeni addım kimi olur. Bura kimi şükürlər olsun ki, yaxşı gedir. Hələ bizə pomidor atan, söyən olmayıb. Ona görə də ikinci duetimizi təqdim edəcəyik”.

Geri qayıt