Əsas Səhifə > Şou-biznes > Günel Ələkbərovadan yeni mahnı - "Sən uduzdun"

Günel Ələkbərovadan yeni mahnı - "Sən uduzdun"


13-08-2018, 08:58
Günel Ələkbərovadan yeni mahnı - "Sən uduzdun"
DİA.AZ: - Azərbaycanın estrada müğənnisi Günel Ələkbərova "Sən uduzdun" adlı yeni mahnısını dinləyicilərinin ixtiyarına verib.

DİA.AZ-a açıqlama verən Günel Ələkbərova bu mahnısının da hit olacağına inandığını bildirib:

" Hamı istirahətdədir, mən isə iş başındayam. Sizə yeni mahnımı təqdim edirəm. Mahnını çox bəyəndim. Mahnını yaradan cütlük ilə bu, mənim ilk işimdir. Rasim Əsgərov və Samir Vida çox istedadlı gənclərdilər. Yeni mahnımız isə "Sən uduzdun " adlanır. Bu mahnını ilk dinləmədən sevdim. Mahnıda milli musiqi alətlərindən də istifadə olunub. Uğurlu işə görə bütün yaradıcı kollektivi təbrik edirəm. İnanıram ki, dinləyicilərin ürəyində özəl yeri olan mahnı olacaq".

Qeyd edək ki, "Sən uduzdun" adlı mahnının musiqisi və aranjimanı Rasim Əsgərova, sözləri Samir Vidaya aiddir. Layihənin prodüseri isə Elton Hacıyevdir.


Geri qayıt