Əsas Səhifə > Şou-biznes > Röyanın "Sevgindən bəhs et" mahnısı bir günə 100.000 baxış topladı

Röyanın "Sevgindən bəhs et" mahnısı bir günə 100.000 baxış topladı


8-08-2018, 08:35
Röyanın "Sevgindən bəhs et" mahnısı bir günə 100.000 baxış topladı
DİA.AZ: - Əməkdar artist Röya Ayxan dünən “Sevgindən bəhs et” mahnısını təqdim edib.

DİA.AZ-ın məlumatına görə, bununla da 1 gün ərzində sənətçinin “Sevgindən bəhs et” mahnısını bir gün ərzində 100 mindən çox insan izləyib, 1000-dən çox şərh gəlib.

Son zamanlar yerli müğənillərin rəsmi “Youtube” səhifəsində mahnılarının az dinlənməsi və aylarla 10 min baxış yığmaması fonunda, əməkdar artisdir bunu 1 gün ərzində etməsi bir faktdır.

Mahnı hətta “Youtube” kanalında trend olan videolar sırasında 1-ci sıraya yüksəlib.

Qeyd edək ki, “Sevgindən bəhs et” adlı bəstənin sözləri və musiqisi Zülfi Bədəlova məxsusdur. Mahnının aranjiman işi Elvin Musayevə həvalə olunub.


Geri qayıt