Əsas Səhifə > Şou-biznes > Nisə Qasımova Narkomaniyaya və QİÇS-a qarşı mübarizə ilə bağlı tədbir keçirib

Nisə Qasımova Narkomaniyaya və QİÇS-a qarşı mübarizə ilə bağlı tədbir keçirib


3-08-2018, 08:18
Nisə Qasımova Narkomaniyaya və QİÇS-a qarşı mübarizə ilə bağlı tədbir keçirib
DİA.AZ: - Respublikanin Xalq Artisti Nisə Qasimovanin rəhbərlik etdiyi “Mədəniyyət dalgasi ” İctimai Birliyi “Narkomaniya və QİÇS kimi xəstəliklər haqqinda məlumatlandırma tədbiri kecirib və həmcinin tədbirdə sosial çarx təqdim olunub .

DİA.AZ-ın məlumatına görə, tədbirin əsas kecirilimə məqsədi gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq , bu kimi xəstəliklərin cəmiyyətimizə vurdugu ziyani haqqında ictimayətə catdirmaq , gənclərin sağlam həyat tərzi surməyə həvəsləndirmək . Mediyaya acıqlamasında Xalq Artisti bildirib ki “ Bu tədbirləri kecirməzdən əvvəl də bizim gənclərimizin narkomaniya və pis vərdişlərə qoşulmaları məni uzun illərdi ki, narahat edir , bu və ya digər bu kimi bəlaların cərayan kimi bizim uşaqlarımızın beyninə təlqin olunması böyük fəsadlar yardacaq necə ki, bu gunlər gənclərin coxusu o xəstəlik ucbatından öz həyatlarina son qoyurlar , ailə qura bilmirlər, cəmiyyətdə böyük problemlərlə qarşılaşırlar ,valideyinlərlə munaqişədə olurlar bütün bu faktorlar məni cox narahat edir . Ona görə də rəhbərlik etdiyim “Mədəniyyət dalgası” İB belə tədbirləri ara sıra kecirmək niyyətindədir və əlbəətə ki, bizə dəstək olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına dəstəyə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Mən övladlarımıza , gənclərimizə ümumiyyətlə butun ictimayətimizə saglam həyat arzu edirəm.”

Nisə Qasımova Narkomaniyaya və QİÇS-a qarşı mübarizə ilə bağlı tədbir keçirib

Geri qayıt