Əsas Səhifə > Şou-biznes > Aygün Kazımovanı Türkiyədə tanıyırlar?

Aygün Kazımovanı Türkiyədə tanıyırlar?


23-07-2018, 10:29
Aygün Kazımovanı Türkiyədə tanıyırlar?
DİA.AZ: - Qardaş ölkədə parodiyaları ilə ölkəyə səs salan, Türk məşhurlarını küçə-küçə, qapı-qapı soruşan "Güllüm show"-nun Fehmisi bu dəfə "ATV maqazin onlarla" verilişi üçün özəl buraxılış hazırlayıb.

DİA.AZ xəbər verir ki, Fehmi Dalsaldı bu dəfə İstanbulun mərkəzi küçələrində hər kəsdən xalq artisti Aygün Kazımovanı tanıyıb-tanımadıqlarını soruşub. Məlum olub ki, respondentlərin böyük qismi Azərbaycanın əsas ulduzunu tanıyır. Onlar Kazımovanın Sinan Akçıl, Sərdar Ortaç kimi məşhurlarla iş birliyinin olmasını nümunə gətiriblər.


Geri qayıt