Əsas Səhifə > Şou-biznes > Röya özü özünə qadağa qoyub: "Mənim görüntüm olmasın!"

Röya özü özünə qadağa qoyub: "Mənim görüntüm olmasın!"


23-07-2018, 09:01
Röya özü özünə qadağa qoyub: "Mənim görüntüm olmasın!"
DİA.AZ: - Afaq Gəncəli aparıcısı olduğu "ATV maqazin 10larla" verilişində əməkdar artist Röyanın qadağada olması məsələsinə aydınlıq gətirib.

DİA.AZ-ın məlumatına görə, O, R.Ayxanın aylardır sözügedən proqramda görünməməsinin səbəbini belə açıqlayıb: "Hər şey İradə İbrahimovanın açıqlamasından sonra başladı. Amma biz Röyanın da münasibətini öyrənməyə hazır idik. O isə mənə səsli mesaj yollayaraq "Səndən çox xahiş edirəm bundan sonra özümü bu verilişdə görmək istəmirəm. Mənim şəklin və görüntüm olmasın". Mən də onunla razılaşdım.

Amma nə vaxt ürəyi istəsə fərq etməz ərk edib işinin işıqlandırılmasını istəyə bilər".



Geri qayıt