Əsas Səhifə > Şou-biznes > "Yaraşdın Mənə" 1 milyon baxış topladı

"Yaraşdın Mənə" 1 milyon baxış topladı


20-07-2018, 16:08
"Yaraşdın Mənə" 1 milyon baxış topladı
Xalq artisti Aygün Kazımova gənc müğənni Rauf Əhmədovla bir yerdə ifa etdiyi “Yaraşdın mənə” musiqisinə çəkilən klipi rekord qırmağa davam edir.

DİA.AZ verir ki, ifaçıların ifa etdiyi əsər “Youtube” portalında Azərbaycan üzrə ən çox baxılan videolar siyahısındadır. Mahnının sözləri və musiqisi Nicat Məlikova məxsus olan “Yaraşdın Mənə” Aygün Kazımovanın rəsmi səhifəsində 1 milyon artıq insan izləyib.

Qeyd edək ki, Nicat Məlikov həm də klipin rejissoru kimi çıxış edib. Klipin musiqi və icraçı prodüseri Fərid İsmayılov, saund-prodüseri Ramin Vəlibəyov və İsmayıl Əsədovdur. Layihəyə texniki dəstəyi isə Cinealiance qrupu göstərib. Aygün Kazımovanın obrazı üzərində tanınmış stilist dizayner Rüfət İsmayıl, makyajı üzərində isə Ruxa çalışdı. Rauf isə öz geyimlərini Cəlal Kəngərlinin KNGRL brendinə, görkəmini Kadır Amirə etibar etdi.
Texniki təchizahla Cinealiance yaradıcı heyəti məşğul oldu.
SS production və Mərkəz production imzalı bu gözəl layihənin əsas təşəbbüskarı isə Baş prodüser Aysel Rəcəblidir.



Geri qayıt