Əsas Səhifə > Şou-biznes > Gülruh Nəcəfovanın yeni duet ortağı bəlli oldu

Gülruh Nəcəfovanın yeni duet ortağı bəlli oldu


17-07-2018, 09:47
Gülruh Nəcəfovanın yeni duet ortağı bəlli oldu
DİA.AZ: - Azərbaycanın ən sayılıb-seçilən instagram fenomeni Gülruh Nəcəfova uzun fasilədən sonra yenidən gündəmə gəlib.

DİA.AZ-ın məlumatına görə, xeyli arıqlaması ilə diqqət çəkən G.Nəcəfova bundan sonra "Xalq ulduzu" müsabiqəsinin iştirakçısı, müğənni Nicat Mənsimovla duet oxuyacaqlar.
Yeni işbirlikləri ilə bağlı Gülruh bunları qeyd edib:

“Bu da bizim Nicat Mənsimovla birlikdə sizə deyəcəyimiz xəbər: bu gündən Nicat mənim duet ortağımdır. Bu il bizim ilimizdir. Məni tanıyanlar bilir ki, boş-boş danışmıram. Gözləyin, yeni işlər gəlir. Layihələr, konsertlər...”.

Qeyd edək ki, tezliklə yeni mahnı işıq üzü görəcək.

Gülruh Nəcəfovanın yeni duet ortağı bəlli oldu
Gülruh Nəcəfovanın yeni duet ortağı bəlli oldu

Geri qayıt