Əsas Səhifə > Şou-biznes > "Efirə çıxmadım, dedilər ki, batmısan"

"Efirə çıxmadım, dedilər ki, batmısan"


16-07-2018, 09:49
"Efirə çıxmadım, dedilər ki, batmısan"
DİA.AZ: - Xarizmatik müğənni Cəmil yeni foto-layihəsini təqdim edib. Bir müddətdir ki, mediadan uzaq gəzən ifaçı fərqli obrazda kamera qarşısına keçib.

O, “Xarizmatic style” (Xarizmatik stil) yaradaraq fərqli fotolar çəkdirib.

DİA.AZ-a açıqlama verən Cəmil deyir ki, onun haqqında qəribə fikir formalaşıb:

“Təxmini bir il əvvəl mahnılarımı təqdim etdim və bir qədər kənara çəkildim. Şou proqramlarına az çıxdım, yeni layihələrimə vaxt ayırdım. Amma bu müddət ərzində dedilər ki, Cəmil batıb, yoxa çıxıb.

Düşünün, ən işlək sənətçi haqqında belə fikirlər səsləndirirlər. Bəlkə də, bir il özəl foto-layihə çıxarmamağım onları bu nəticəyə gətirdi.

Nəhayət ki, işlərimizi təqdim etməyə başladıq. İndi sizinlə yeni fotosessiyamı bölüşürəm. “Xarizmatic style” adlanan foto-layihəmiz üzərinə böyük komanda çalışıb. Şəkillər Bakının Novxanı qəsəbəsində çəkilib, müəllif Reşandır. Onun çəkdiyi bu şəkilləri çox bəyəndim. Saçımdan tutmuş geyimimə kimi hər şeyi Gülruh Nəcəfova ərsəyə gətirdi. Məni dəyişən və fərqli obraza salan odur. Layihənin PR-meneceri Elton Hacıyevdir. Bütün komandamın üzvlərinə minnətdarlığımı bildirirəm. Bir neçə həftə sonra isə iddialı layihə sizi gözləyir”.


"Efirə çıxmadım, dedilər ki, batmısan"
"Efirə çıxmadım, dedilər ki, batmısan"
"Efirə çıxmadım, dedilər ki, batmısan"
"Efirə çıxmadım, dedilər ki, batmısan"
Geri qayıt