Əsas Səhifə > Şou-biznes > Əhməd Mustafayevin “Canan”ı ən çox izlənən klip oldu

Əhməd Mustafayevin “Canan”ı ən çox izlənən klip oldu


10-07-2018, 08:53
Əhməd Mustafayevin “Canan”ı ən çox izlənən klip oldu
DİA.AZ: - Gənc müğənni və gitara ifaçısı Əhməd Mustafayev yeni “Canan” adlı mahnısına çəkdirdiyi klip internetdə böyük populyarlıq qazanıb.

DİA.AZ xəbər verir ki, klip "yotube" sosial şəbəkəsinə yerləşdirildiyi ilk gündən yetərincə izləmə sayı toplayıb. Bir neçə günə 660 mindən artıq izlənən "Canan" klipinin Azərbaycanda baxış sayına görə rekord qıracağı gözlənir. İzləyicilərin şərhləri və Əhmədin ümumi tamaşaçı sayını nəzərə alsaq, rekord qeydə alınacağı inandırıcı görünür.

Qeyd edək ki, klipdə baş rollarda Əhməd Mustafayev özü, rəqqasə Renka, 2 yaşında Fatimə bala və rəqqas qızlar da çəkilib.
"Canan" mahnısının sözləri Məşhədi Babaya, musiqisini müğənni özü bəstələyib.
Klipin rejissor və aranjimanı isə Fərid Ağaya məxsusdur.
Layihənin prodüseri Trural Nəbiyevdir.




Geri qayıt