Əsas Səhifə > Şou-biznes > Cəmil yeni layihələrlə inanmayanları "SUS"duracaq

Cəmil yeni layihələrlə inanmayanları "SUS"duracaq


29-06-2018, 08:49
Cəmil yeni layihələrlə inanmayanları "SUS"duracaq
DİA.AZ: - Şirin avaz səsi ilə seçilən gənc müğənni Cəmil sənətində yaratdığı kiçik fasiləni yeni layihələrlə pozacaq.


Bu barədə DİA.AZ-a istedadlı ifaçı özü məlumat verib. O, bildirib ki, tezliklə yeni layihələr təqdim edəcək:

“Müğənni kompleksiz olmalıdır, çünki səhnə sərhəd tanımır. Gözəllik və istedad yaradan müğənni layihələrdə özünə sərhəd qoyursa o, heç vaxt tamaşaçısına gözəllik və sevinc bəxş edə bilməz. Belə ki, mən aferistiyi sevmirəm. Yeni və maraqlı layihələr olacaq”.

Qeyd edək ki, Cəmil “Azərbaycanın səsi” və “X faktor” yarışmalarının iştirakçısıdır.

Geri qayıt