Əsas Səhifə > Şou-biznes > Azərbaycan rəqqasəsi yarışmada dünya ulduzlar ilə birlikdə olacaq?

Azərbaycan rəqqasəsi yarışmada dünya ulduzlar ilə birlikdə olacaq?


28-06-2018, 08:50
Azərbaycan rəqqasəsi yarışmada dünya ulduzlar ilə birlikdə olacaq?
DİA.AZ: - “Stil simvol” ləqəbi ilə tanınan rəqqasə Renka onun haqqında yayılan söz-söhbətlərə aydınlıq gətirib.

DİA.AZ-ın məlumatına görə, rəqqasə açıqlamasında deyib ki, dünya ulduzlarla "Daf Bama Music Awards"da çıxış etməklə bağlı heç nə bilmir.

"Bilmirəm ki, bu şayiələr hardan çıxıb. Mən belə söz deməmişəm. Son zamanlar bu yarışmada iştirak etmək barəsində ondan - bundan eşidirəm. Hətta mətbuat da bundan yazır. Demək istəyirəm ki, bu doğru deyil. Təəssüf ki, onlarla bir səhnədə çıxış etməyəcəm, lakin çox istərdim bu mükafatlandırma mərasimində istirak edim. Azərbaycanı hansı sənətçimiz təmsil edəcəksə, ona uğur arzu edirəm", - o qeyd edib.

Geri qayıt