Əsas Səhifə > Şou-biznes > Aygün Kazımovanın duet ortağından yeni klip müjdəsi

Aygün Kazımovanın duet ortağından yeni klip müjdəsi


19-06-2018, 12:47
Aygün Kazımovanın duet ortağından yeni klip müjdəsi
DİA.AZ: - Türkiyəli müğənni Gökhan Erol "İster yar ol” adlı yeni klipini tamaşaçıların ixtiyarına verib.

DİA.AZ xəbər verir ki, ekran işində əsas qəhrəman obrazını qardaş ölkənin "Kemal Aslan Muzik Yapım" şirkəti ilə uğurlu əməkdaşlığını etdirən Gökhanın özü canlandırıb.

Mahnının musiqisi və aranjimanı Gökhanın qardaşı Hakan Erola, sözləri Leyli Erol - İsrafilova məxsusdur. Klipin rejissorluğu Erkan Nasa həvalə olunub.

G.Erol bildirib ki, onun yeni klipi dinləyiciləri tərəfindən bəyəniləcək.

Xatırladaq ki, Gökhan Erol xalq artisti Aygün Kazımova ilə “Sən artıq mənimsən” və "Bir gecəlik" adlı duet oxuyub.




Geri qayıt