Əsas Səhifə > Şou-biznes > "Şou biznesə Hacı yox, Cəmil gəlir"

"Şou biznesə Hacı yox, Cəmil gəlir"


19-06-2018, 07:56
"Şou biznesə Hacı yox, Cəmil gəlir"
DİA.AZ: - Səhnəmizin güclü səsli ifaçısı, xarizmatik müğənni Cəmil (Hacı Ağalar) tezliklə baş tutacaq yeni layihəsindən danışıb.

DİA.AZ-ın məlumatına görə, müğənni layihəsində hər kəsi təəccübləndirəcəyini deyib:

“Yaradıcı işlər artıq çoxdan başlayıb, proses gedir. Mən isə özümü yenidən sıfırlayıb, başqa bir tərzdə görmək istəyirəm. Çünki qarşıma elə bir məqsəd qoymuşam ki, özüm-özümü on dəfə üstələməliyəm. Sevənlərim layihədən zövq alacaq. İndi bir çoxları deyəcək ki, şou-biznesə Hacı yox, Cəmil gəlir. Hər dəfə özümə nəyisə sübut etməyi çox xoşlayıram. İnşallah, tezliklə bir çox layihələrə imza atacağam. Gözləməyə dəyər”.

Qeyd edək ki, Cəmil “Azərbaycanın səsi” və “X faktor” yarışmalarının iştirakçısıdır.

Geri qayıt