Əsas Səhifə > Şou-biznes > “Stil simvol” “İlin rəqqasəsi” seçildi

“Stil simvol” “İlin rəqqasəsi” seçildi


18-06-2018, 07:58
“Stil simvol” “İlin rəqqasəsi” seçildi
DİA.AZ: - Rəqqasə Renka rejissor Nail Naiboğlunun keçirdiyi “100-dən 1-i” adlı mükafatlandırma mərasimində “İlin rəqqasəsi” adına layiq görülməsindən danışıb.

“Stil simvol” ləqəbi ilə tanınan rəqqasə DİA.AZ-a bildirib ki, o bu nominasiya ilə illərdir ki, təltif olunur: “Bu mənim ilk mükafatım deyil. Səhnə fəaliyyətim ərzində müxtəlif mükafatlara laiq görülmüşəm. Azərbaycanla yanaşı, bir çox ölkələrdən də mükafatlar almışam. Düşünürəm ki, bu mükafatlar bir sənətçi üçün müəyyən bir stimuldur. Amma mən təltif olunduğum mükafatların əksəriyyətini mediada işıqlandırmamışam. Çünki bu, xarakterimdən uzaq bir şeydir. Məni “İlin rəqqasəsi” adına layiq görülənlərə isə dərin minnətdarlığımı bildirirəm. Diqqətlərinə görə var olsunlar”.

Geri qayıt