Əsas Səhifə > Şou-biznes > Tarix Əliyev üçün özəl gün

Tarix Əliyev üçün özəl gün


6-06-2018, 14:29
Tarix Əliyev üçün özəl gün
DİA.AZ: - Bu gün öləkənin əsas prodüseri Tarix Əliyevin ad günüdür.

DİA.AZ-ın məlumatına görə, prodüserinin 39 yaşı tamam olur. Prodüser Tarix Əliyev (Tolik) 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. Tolik 1986-cı ildə 141 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 146 nömrəli məktəbdə davam etdirir. Bir dəfə ailəli olub sonra isə boşanıb. 2004-cü ildən YAP-ın üzvüdür.

İlk olaraq müğənni Röya Ayxanla işbirliyinə imza atır. 6 illik birgə fəaliyyətdən sonra tərəflər yollarını ayırırlar. Rəqsanə İsmayılova ilə bir çox layihələr edir və məhz Rəqsanə İsmayılovanın məşhurlaşmasında Tolikin çox böyük rolu olmuşdur. Daha sonra Sevda Yəhyayeva, Elton Hüseynəliyev, Sevil Sevinc Səfərova bacıları, İlhamə Quliyeva ilə bir çox lahiyələr gerçəkləşdirib. Fasilələrlə Azərbaycanın Xalq Artisti Aygün Kazımova ilə çalışıb. Hal-hazırda Elton Hüseynəliyev ilə çalışır. Lider TV-də yayımlanan Bu Bizik verlişinin aparıcı olmuşdur. Hal-hazırda Xəzər TVdə yayımlanan Hər Şey Daxil verlişinin aparıcısı və layihə rəhbəridir.


Geri qayıt