Əsas Səhifə > Şou-biznes > Aygün Kazımova rekord qırdı

Aygün Kazımova rekord qırdı


2-06-2018, 09:12
Aygün Kazımova rekord qırdı
DİA.AZ: - Xalq artisti Aygün Kazımovanın "Yaraşdın mənə" adlı yeni klipi rəqib tanımır.

DİA.AZ xəbər verir ki, 1 həftə öncə Aygün Kazımovanın rəsmi YouTube kanalında yerləşdirilən "Yaraşdın mənə" adlı klipi baxış sayına görə 200.000-i keçib.

Qeyd edək ki, pop - diva mahnını Raufla duet şəklində oxuyub. Bəstənin sözləri və musiqisi Nicat Məlikova aiddir. Aygün Kazımovanın obrazı üzərində tanınmış stilist dizayner Rüfət İsmayıl, makyajı üzərində isə Ruxa çalışdı.

Ekran işinin rejissorluğunu da bəstəkar özü edib.




Geri qayıt