Əsas Səhifə > Şou-biznes > Hacı Ağalar ona yenidən "nəfəs verdi"

Hacı Ağalar ona yenidən "nəfəs verdi"


30-05-2018, 16:32
Hacı Ağalar ona yenidən "nəfəs verdi"
DİA.AZ: - Ukraynanın "X Factor" yarışının keçmiş iştirakçısı və şirin avaz səsi ilə seçilən gənc müğənni və bəstəkar Hacı Ağalar müğənni Samir Bağırovun məşhur hitlərindən olan “Deyirdim sənə”yə müraciət etdi.

DİA.AZ xəbər verir ki, vaxtilə tanınmış müğənni Samir Bağırovun ifasında sevdiyimiz "Deyirdim sənə" adlı mahnını indi özünəməxsus şirin avazı ilə seçilən gənc müğənni Hacı Ağalar oxuyub.

Şirin avazıyla "Deyirdim sənə" bəstəsinə bir başqa cür rəng qatan Hacıağa, bu sözləri deyib:

"Çoxdan idi ki, könlümə düşmüşdü bu mahnı, çox arzulayırdım yeni aranjmanda ifa edim. Nəhayət ki, istəyimi reallaşdırdım. Böyük sevgi hisslərlə ifa etmişəm. İnanıram ki, bəyənəcəksiz".

Dinləyiciyə müsbət enerji ötürən mahnının aranjimanı Arzu Abbasova məxsusdur.






Geri qayıt