Əsas Səhifə > Şou-biznes > Müğənni Damla aparıcı olacaq

Müğənni Damla aparıcı olacaq


29-05-2018, 08:30
Müğənni Damla aparıcı olacaq
DİA.AZ: - Türkiyəli müğənni Damla tezliklə yeni layihələr üzərində işləyəcək.

DİA.AZ xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə müğənni özü məlumat verib: "Müğənni kimi tamaşaçıların və dinləyicilərin rəğbətini qazanmışam. Amma hazırda istəyirəm ki, özümü aparıcı qismində də sınayım. Hazırda verilişin hansı televiziya telekanalında və nə biçimdə olacağını dəqiqləşdirməmişəm. Amma bu barədə danışıqlar aparırıq" - deyən müğənni, əlavə olaraq bildirib ki, yaz mövsümündə efirdə az görünməsinə səbəb istirahətlə yanaşı, müəyyən yaradıcılıq işləriylə məşğul olması olub.

Bundan əlavə, müğənni hazırda adını açıqlamadığı mahnılarından birinə klip çəkdirdiyini də dedi. Klipin yaxın ayllarda geniş tamaşaçı kütləsinə təqdim edəcəyini bildirdi.

Geri qayıt